-
- 28-10-2024, 18:33
- 456
Motorola telefonlarına qadağa - Səbəbi...
İran Motorola mobil cihazlarının ölkəyə idxalına qadağa qoyub.
News24.az xəbər verir ki, Ştat hakimiyyəti bu qərarı Livanda peycer və smartfonların kütləvi partlayışları fonunda qəbul edib.
Bununla əlaqədar olaraq, Motorola məhsulları İran mağazalarının kataloqlarından çıxarılıb və ya onlara “Ehtiyatda yoxdur” statusu verilib.
İranda Motorola telefonlarının qeydiyyatı da qadağandır.
Xatırladaq ki, sentyabrın 17-18-də Livanda mobil rabitə vasitələri və rasiyaların kütləvi şəkildə partlaması baş verib. Bununla əlaqədar iki mindən çox ölkə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 12 nəfər həlak olub.
Məryəm İlhamqızı