Bu ölkə Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirdi
    • 29-10-2024, 07:05
    • 745

Bu ölkə Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirdi


Böyük Britaniya növbəti dəfə anti-Rusiya məhdudiyyətləri çərçivəsində sanksiyalar tətbiq edib.

Publika.az xəbər verir ki, bunu Britaniya hökumətinin saytında yenilənmiş sanksiyalar siyahısı göstərir.

Siyahıya əsasən, ölkəyə giriş qadağası və aktivlərin aşkar edildiyi təqdirdə aktivlərin dondurulmasını ehtiva edən məhdudiyyətlər Sosial Layihələndirmə Agentliyini və “Struktura”nın direktoru İlya Qambaşidze, SLA-nın proqram direktoru Andrey Perla və "Struktura"nın baş direktoru Nikolay Tupikini əhatə edib.