-
- 9-08-2024, 16:21
- 207
Böyük Britaniyadan Belarusa SANKSİYALAR
Böyük Britaniya Belarusun hərbi-sənaye kompleksinə və ölkənin bəzi cəzaçəkmə koloniyalarının rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib.
News24.az xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.
Aydın olur ki, sanksiyalara Elektron Kompüterlər Elmi-Tədqiqat İnstitutu, StankoGomel və Ruxservomotor müəssisələri daxildir.
London həmçinin islah koloniyalarının rəhbərləri Denis Tolstenkov, Filip Şturçanoka, Andrey Palçik və Aleksey Lazarenkoya qarşı ölkəyə girişə qadağa və aktivlər aşkar edilərsə, onların dondurulmasını nəzərdə tutan sanksiya məhdudiyyətləri tətbiq edib.
Məryəm İlhamqızı