-
- 29-10-2024, 11:55
- 359
Şəmkirdə ailə faciəsi: iki nəfəri "tok" vurub öldürdü
Şəmkirin Düyərli kəndində iki nəfəri elektrik cərəyanı vurub.
News24.az-ın məlumatına görə, hadisə nəticəsində 2008-ci il təvəllüdlü Pərvin Habil qızı Nəsibova və onun bacısının həyat yoldaşı 1993-cü il təvəllüdlü Hümbət İkram oğlu İsmayılov həyatını itirib.
Məlumata görə, hadisə evdə təmizlik işləri görən zaman baş verib. "Qafqazinfo" yazır ki, səhər saatlarında evdə yanğın olub və qısa vaxtda söndürülüb. Daha sonra ev sahibi və qohumları, eləcə də Pərvinlə Hümbət evdə təmizlik işləri görməyə başlayıblar. Bu zaman onları cərəyan vuraraq öldürüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə cəlb olunub.//modern