-
- 29-10-2024, 15:08
- 1 143
Qaraciyəri məhv edən şey burnumuzun dibindədir - Hər evdə var
Qaz sobalarının insanlar üçün potensial olaraq zərərli olan azot dioksidi istehsal etdiyi illərdir məlumdur.
News24.az xəbər verir ki, İspaniyanın I Jaume Universiteti qazla bişirilən qapalı mühitin çirklənməsinin Avropada təxminən 40.000 vaxtından əvvəl ölümə səbəb olduğunu hesablayıb. İngiltərə, İtaliya, Polşa, Rumıniya və Fransa qaz sobalarının səbəb olduğu vaxtından əvvəl ölümlərin ən çox olduğu ölkələr sırasındadır.
Tədqiqatçıların fikrincə, qaz sobalarından qaynaqlanan daxili çirklənmə xüsusilə pis havalandırılan evlərdə və uzun müddətli yemək bişirmə zamanı daha da artır.
Qaz sobalarının dünyada təxminən 370 min uşaqda astma xəstəliyinə səbəb olduğu da məlumdur.
Problemin miqyası düşündüyümüzdən çox böyükdür
Uzun müddət məruz qaldıqda orqanların və xüsusilə ürəyin fəaliyyətinə mənfi təsir göstərən NO2 ağciyərlərin tənəffüs yollarını iltihab edərək insan sağlamlığına zərər verir.
Bildirək ki, azot dioksidi qırmızımtıl qəhvəyi və zəhərli qazdır. Kəskin qoxu olan bu qazın qoxusu xlor qazına bənzəyir.
Suda çox yaxşı həll olunan NO2 çox zəhərli qazdır, ona görə də aşağı konsentrasiyada onu aşkar etmək çətin ola bilər. Bu qazın inhalyasiyası baş ağrısı, başgicəllənmə və öskürək kimi simptomlara səbəb ola bilər.
Günel Məlikzadə