Hava kirliliyinin insanlara təsiri - bədbəxtlik, stres...
    • 6-09-2024, 20:26
    • 258

Hava kirliliyinin insanlara təsiri - bədbəxtlik, stres...

Havanın çirklənməsinin beynin emosiyaları idarə edən mərkəzlərində bəzi mənfi dəyişikliklərə səbəb olduğu, əhval-ruhiyyənin aşağı düşməsindən tutmuş psixi pozğunluqlara qədər təsirləri olduğu üzə çıxıb.

News24.az xəbər verir ki, hava çirkliliyinin insanların emosional vəziyyətlərində yaratdığı dəyişiklikləri araşdıran Stanford Universitetinin alimləri təxminən 1 il ərzində 18-89 yaş arası 150 insanın gündəlik emosional vəziyyətlərini və havanın keyfiyyətinin ölçülməsini təhlil ediblər.

Tədqiqat iştirakçılarına hər günün sonunda 20 fərqli duyğu ilə bağlı suallar verilib. Yerli hava keyfiyyətinin monitorinqi cihazlarından əldə edilən məlumatların istifadə edildiyi araşdırmada, statistik modellərlə edilən analizdə insanların yaşadıqları bölgədəki hava çirkliliyi konsentrasiyasına qarşı emosional vəziyyətlərinin necə dəyişdiyi araşdırılıb.

Nəticələrə görə, emosional vəziyyətin 97 faizinin hava çirkliliyi məlumatları ilə əlaqəli olduğu, hava çirkliliyinin normadan çox olduğu günlərdə fərdlərin emosional həyəcan səviyyəsinin normadan aşağı olduğu ortaya çıxıb. Həmçinin müəyyən edilib ki, havanın çirklənməsinin hər vahid artımı oyanma səviyyəsini 0,01 faiz azaldır.

Mərmərə Universiteti Tibb Fakültəsi Daxili Xəstəliklər elm sahəsi müəllimi Dos. Dr. Mesut Yıldız, "Əvvəlki araşdırmalar havanın çirklənməsinin stressi artırdığını, konsentrasiyanı pozduğunu, insanları emosional olaraq daha həssas etdiyini, bəzi psixoloji və psixi pozğunluqlara yol açdığını göstərdi. Bundan başqa havanın çirklənməsinin intensiv olduğu günlərdə insanların daha bədbəxt və stresli olduğu bilinən bir həqiqətdir" deyib. 

Hava çirkliliyinin sıx olduğu bölgələrdə yaşayan insanların, xüsusilə də uşaq və yeniyetmələrin gələcəkdə meydana gələ biləcək ruhi pozğunluq riskinin daha çox olduğunu ifadə edən Yıldız, “Beynin duyğuları idarə edən mərkəzlərində, havanın çirkli olduğu ərazilərdə yaşayan insanlarda bəzi mənfi dəyişikliklər təsbit edildi. Havanın çirklənməsi orqanizmin stresə qarşı müqavimətinə təsir edir. O, emosional reaksiyanı azaldaraq və emosional reaksiyaları pozaraq, dolayı yolla psixi pozğunluqların yaranmasına kömək edir", - deyə vurğulayıb.

Akademik Tənəffüs Dərnəyi İdarə heyəti Başçısı və Sinə Xəstəlikləri Mütəxəssisi Prof. Dr. Bülent Tutluoğlu, çirkli havanın psixi sağlamlıq üçün tək bir səbəb kimi göstərilə bilməyəcəyini, ancaq psixoloji pozğunluğa meylli insanlarda daha çox depressiyaya və ya mövcud psixoloji problemlərin artmasına səbəb ola biləcəyini ifadə edib.

Tutluoğlu, sənaye sahələrində, hissəciklər, kükürd dioksid, karbonmonoksit və azot oksidi kimi ümumi çirkləndiricilərlə yanaşı, kimyəvi maddələrin də havada tənəffüs edildiyini, buna görə də xüsusilə sənayenin cəmləşdiyi bölgələrdə insanların psixologiyasına təsir göstərə biləcəyini vurğulayıb.

Məryəm İlhamqızı