Təyyarə qəzaya düşdü - ÖLƏN VƏ YARALANANLAR VAR - VİDEO
    • 27-06-2019, 10:51
    • 836

Təyyarə qəzaya düşdü - ÖLƏN VƏ YARALANANLAR VAR - VİDEO

Rusiyada növbəti dəfə təyyarə qəzası baş verib. 

News24.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə Rusiyanın Buryatiya Respublikasında yaşanıb. Anqara aviaşirkətinə aid "AN-24" təyyarəsi Nijneanqarsk aeroportuna təcili eniş edərkən qəzaya uğrayıb. 

Qəza nəticəsində 2 pilot ölüb, 19 nəfər isə xəstəxanaya yerləşdirilib. Təyyarədə olan 43 sərşindən birinin uşaq olub. 

Verilən rəsmi məlumata görə, dünyasını dəyişən pilotların ailəsinə sığorta şirkəti 1 milyon rubl ödəyəcək. 

Hazırda psixoloqlar sərnişinlərlə danışıqlar aparır.