Təyyarə qəzaya uğradı - ÖLƏN VƏ YARALANANLAR VAR
    • 4-10-2019, 14:35
    • 743

Təyyarə qəzaya uğradı - ÖLƏN VƏ YARALANANLAR VAR

Təyyarə qəzası zamanı 3 nəfər ölüb, 3 nəfər yaralanıb, 2 nəfərin isə itkin düşüb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İspaniyadan uçan “An-12” nəqliyyat təyyarəsinin Lvov şəhəri yaxınlığında təcili eniş edərkən yaşanıb.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin yaydığı məlumatda, "Saat 9:00-a olan məlumata görə, təyyarədə 8 nəfər, o cümlədən 7 heyət üzvü və yük müşayiət edən bir nəfərin olduğu müəyyən edilib. Təyyarə qəzası nəticəsində 3 nəfər ölmüş, 3 nəfər yaralanmışdır. İki nəfərin taleyi məlum deyil" deyə qeyd edilib.

Qeyd edək ki, qəzaya uğrayan “An-12” 51 il əvvəl hazırlanıb, 1968-ci ildən 1995-ci ilə qədər hərbi nəqliyyat təyyarələrində, sonra mülki aviakompaniyalarda istifadə edilib.