-
- 30-10-2024, 19:00
- 257
Atəşfəşanlıq fəlakəti: 150-dən çox yaralı var
Hindistanın Kerala ştatında məbəddə keçirilən festivalda atəşfəşanlıq fəlakətə çevrilib.
News24.az xəbər verir ki, polis rəsmiləri nümayiş zamanı baş verən yanğında 8-i ağır olmaqla 150-dən çox adamın yaralandığını bildirib.
Yanğına səbəb atəşfəşanlıq anbarının alov alması olub.
Səlahiyyətlilər yaralıların bölgədəki xəstəxanalara sövq edildiyini qeyd edərək, hadisə ilə bağlı istintaq başladıldığını açıqlayıb.
Məbəd rəsmilərinin təhlükəsizlik protokoluna əməl etmədikləri və atəşfəşanlıq nümayişi üçün lazımi icazələri almadıqları bildirilib.
Məryəm İlhamqızı