-
- 30-10-2024, 19:57
- 7 737
26 dil bilən əkiz qardaşlar: danışdıqları bir dili isə yalnız ikisi başa düşür
Əkizlər ana bətnində qurduqları güclü bağları həyatlarının sonrakı dövrlərində də davam etdirirlər. Araşdırmalar göstərir ki, əksər hallarda onlar bir-biri ilə xüsusi dildə danışırlar.
News24.az xəbər verir ki, Metyu və Maykl qardaşları da bu nümunələrdən biridir, lakin digər əkizlərlə müqayisədə onları unikal edən başqa bir xüsusiyyət var.
Metyu və Maykl Yulden əkizləri 25 dil bilirlər. Bundan əlavə, daha bir dil bilirlər: Umer. İndiyə qədər umer dilini eşitməməyiniz normaldır. Çünki bu dili Metyu və Maykldan başqa bilən yoxdur. Kaliforniya Dövlət Universitetinin Əkizləri Araşdırma Mərkəzinin direktoru Nensi Seqal bildirib ki, bu gün bu hadisəni təsvir etmək üçün daha uğurlu terminlər istifadə olunur.
Əkizlərin 30-50 faizində ortaq bir dil və ya ünsiyyət formalarının inkişaf etdiyi təxmin edilir. Bu vəziyyət yunanca "gizli nitq" mənasını verən "kriptofaziya" adlanır.
Mövcud araşdırmalara nəzər salsaq, əkiz körpələrin təxminən 40 faizində bir növ "əkiz danışıq" olduğunu söyləmək olar. Lakin bu rəqəm əkizlərin dil inkişafının nə qədər mürəkkəb olduğunu izah etmək üçün kifayət deyil.(publika.az)