Tək bədəndə yaşayan siam əkizləri – Daxili orqanları cütdür
    • 22-11-2019, 01:01
    • 1 456

Tək bədəndə yaşayan siam əkizləri – Daxili orqanları cütdür

Bütün fiziki məhdudiyyətlərə, sağlam yaşam üçün müsbət müalicə metodunun olmamasına və ətrafdakı insanların heyrətli baxışlarına rəğmən siam əkizi olan bacılar 29 ildir birlikdə həyatı bölüşürlər.
News24.az xəbər verir ki, bu siam əkizlərinin həyat hekayəsi digər insanlara nümunə və işıq ola bilər.
Abiqail və Brittani adlı əkizlər 1990-cı ildə Minnesota şəhərində anadan olublar. Valideynləri sadəcə bir qız uşağı gözləyərkən, onların doğumu əsl sürpriz olub.Belə ki, doğuma qədər USM müayinəsi zamanıda uşaqların əkiz olması barədə məlumatları göstərməyib. Statistikaya görə, 30 milyon siam əkizindən yalnız biri sağ qalır. Bu vəziyyət doğulan körpələrin daxili orqanları doğuşdan sonrakı ilk 24 saat ərzində uğursuz fəaliyyətdə olması ilə əlaqədardr.
Həkimlər Abiqail və Brittani əkizləri haqqında da mənfi proqnozlar verib, lakin əkizlər ehtimalları yıxaraq sağ qalmağı bacarıb. Valideynləri qızlarının bədənlərini ayırmaq barədə düşünməyiblər. Belə bir vəziyyət ya qızlardan birini, ya da hər ikisini məhv edə bilərdi . Əkizlərin özləri də əməliyyata qarşı idi. Onlar birlikdə yaşamağa vərdiş edib və bir-birlərini dəstəkləyiblər.
Əkizlərin özlərini normal uşaq kimi hiss etmələri üçün valideynlər də çox iş görüb. Belə ki, onlar qızları üçün bir məktəb tapıb, hansı ki, burada görünüş heç kim tərəfindən lağa qoyulmurdu. Bundan əlavə ailə qızların üzərində hər hansı bir təcrübənin keçirilməsinə icazə verməyib, hətta bu təcrübələr əkiz qızların gələcək inkişaflarını və sağlamlıqlarını təxmin etməyə kömək etsə belə.
Bəs əkizlərin orqanizmi necə çalışır?
Bacıların 2 başı, 2 ayaq və qolu, 2 onurğa, 3 ağciyər, 2 ürək, 1 qaraciyər, 2 mədə, 3 böyrək, ortaq qan dövranı sistemi və paylaşdıqları reproduktiv orqanları var. Onların anatomiyası bənzərsizdir və həkimlər hələ də onların orqanizminin nə üçün bu qədər yaxşı işlədiyini tam bilmirlər.
Hər ikisi yalnız bədənin öz tərəflərini idarə edə bilər və digər bacının toxunuşunu hiss edə bilmir. Məsələn, biri kimsə Brittaninin əlini sıxarsa, digər bacı bunu hiss etmir.
Onlar birlikdə yaşamağa öyərniblər
Hələ uşaq olanda, qızlar hərəkətlərini sinxronlaşdırmağı və hərəkətlərini əlaqələndirməyi öyrənib. Hər ikisi hərəkətlərini o qədər mükəmməl idarə edirlər ki, birlikdə pianino çalmağı, üzməyi, velosiped sürməyi və idmanla məşğul olmağı bacarırlar. Belə bir mürəkkəb bədənin inkişafında zaman-zaman müəyyən problemlər də yaranıb.
Artıq 12 yaşında Abbi və Brittani bir-birlərinin inkişafı ilə ayaqlaşmalı idilər. Həmin dövrdə Abbi çox tez böyüməyə başlayıb və onurğası sürətlə uzanıb. Bu da qızların ortaq döşlərinin qopması təhlükəsini yaradıb. Həkimlər böyüməni yavaşladıb və onların həyatını xilas edə biliblər.
Lakin Abbi 10 sm uzanıb, buna görə də Brittani ayaq barmaqları üzərində gəzməyə məcbur olub. Bənzər görünüşlərinə baxmayaraq, Abbi və Brittani tamamilə fərqli şəxsiyyət və keyfiyyətlərə sahibdirlər. Abbi özünə qapalı biridir. O, axşamları evdə keçirməyi sevir və yüksəkliklərdən qorxur. Brittani isə səssiz olmağına baxmayaraq dostları ilə vaxt keçirməyi sevir. Bundan əlavə bacıların ağız dadları da fərqli olur. Abbi süddən nifrət edərkən, Brittani içki içməyi sevir və ya biri digərinə nifrət edərkən ət və balıq yeməyi sevir.
Yaşamlarını tək bədəndə iki can olaraq davam etdirən əkizlər, gələcəkdə ailə sahibi olmaqda istəyir. Həkimlər onların uşaq sahibi ola biləcəklərinə inanır. Lakin mənəvi baxımdan bu hələ ki, çətin bir problemdir. Hazırda 29 yaşları olan siam əkizləri sağdır və yaşamlarını mediaya bağlı şəkildə davam etdirməyi seçiblər. 
/Medicina.az/