Pensiyaçıları maraqlandıran suala aydınlıq gətirildi - Açıqlama
    • 30-10-2024, 17:32
    • 4 941

Pensiyaçıları maraqlandıran suala aydınlıq gətirildi - Açıqlama

Gələn ildən Bolqarıstanda kənd təsərrüfatı və dəniz sahələrində çalışmış və həmin sahə üzrə biznesləri olan pensiyaçılara faizsiz kreditin verilməsi üçün təkliflər hazırlanır.

Belə bir layihə və yaxud buna oxşar bir güzəşt Azərbaycanda olar bilərmi? Mövzu ilə bağlı İqtisadçı-ekspert Xalid Kərimli News24.az-a açıqlama verib. Onun sözlərinə görə banklar zaman-zaman müxtəlif kampaniyalar həyata keçirir: 

“Misal üçün zaman-zaman banklar tərəfindən elan olunur ki, vergi işçilərinə endirim kampaniyası, digər sahələrdə çalışanlar üçün endirim kampaniyasına start verilir. 

Bu, banklarımızın şəxsi təşəbbüsünə bağlı olan bir qərardır. Banklar belə qərarları verməkdə sərbəstdirlər və Mərkəzi Bank da buna heç bir müdaxilə etmir, ona görə də banklar istənilən peşə sahibinə, öz risklərini, gəlirlərini gözə almaqla, gözləntilərinə uyğun olan güzəştli şərtlərlə kredit verə bilərlər. Ancaq Mərkəzi Bankın və digər qurumların vasitəsilə hər bir güzəştsin verilməsi nə ağıla batandır, nə də belə addımın atılması vacibdir. Ümumiyyətlə banklar belə qərarları öz maliyyə göstəricilərinə uyğun olaraq verə bilərlər. Ümumi güzəşt sistemini isə dövlət təklif edə bilər, amma dövlətin də resursları məhduddur, ikincisi də ondan vacib istiqamətlər var ki, hökumət həmin istiqamətdə yönəlməlidir, nəinki kreditlərin subsidiyalaşdırılmasında. 

Yenə deyirəm, banklar öz siyasət və strategiyalarına uyğun olaraq belə təkliflər edə bilərlər, ancaq hökumətin belə addım atmağı nə gözlənilir, nə də aktualdır”. 

Ağa