Azyaşlı qızını dənizdə boğub öldürən ataya hökm oxundu – YENİLƏNİB
    • 30-10-2024, 12:49
    • 385

Azyaşlı qızını dənizdə boğub öldürən ataya hökm oxundu – YENİLƏNİB

News24.az Sumqayit24.az-a istinadla bildirir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm elan edilib.

Hökmə əsasən, Ahmet Yeşil 20 il azadlıqdan məhrum edilib. O cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.


***

Saat 12:01

Sumqayıtda 1 yaşlı qızı suda boğub öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib.

News24.az Sumqayit24.az-a istinadla xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror Ahmet Yeşilin 20 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Son söz verilən Ahmet Yeşil özünü ittiham üzrə təqsirli bilməyib. O, son söz deyib.

Hakimlər qərar vermək üçün müşavirəyə gedib.

Xatırladaq ki, martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yeşil Ahmet Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.