Niyə səhər oyanan kimi yatağınızı yığmamalısınız? - XƏBƏRDARLIQ
    • 30-10-2024, 20:53
    • 21 520

Niyə səhər oyanan kimi yatağınızı yığmamalısınız? - XƏBƏRDARLIQ

Valideynlər tez-tez çarpayıların dağınıq olmamasını tövsiyə edirlər. 

News24.az xəbər verir ki. erkən yaşda qazanılmış çarpayı yığmaq vərdişi çox vaxt nizamlı xarakter quruluşu ilə əlaqəli olsa da, Los-Ancelesdə yaşayan tibb mütəxəssisi Dr. Myro Figura bu vərdişin sağlamlıq üçün yaratdığı təhlükələri açıqlayıb.

Yataqda, yorğanda və ya yastıqda qalan insan dəri hüceyrələri uyğun bir mühit tapdıqda sürətlə çoxalırlar. Əksinə, çarpayıların dağınıq olması canlıların susuz qalmasına və ölməsinə səbəb olan quru bir mühit yaradır.

Ümumiyyətlə insan sağlamlığı üçün zərərsiz olan toz gənələri allergiyaya səbəb ola bilən mikroskopik həşəratlar kimi tanınır. Bu böcəklər çox vaxt yataq dəstində yaşayır və nəm yataq dəstləri bu gənələrin sürətlə çoxalmasına zəmin yaradır.

Araşdırmalar göstərib ki, döşəkdə təxminən 10 milyondan çox toz gənəsi yaşayır. Əgər iki illik yastığınız varsa, onun çəkisinin 10 faizini toz gənələri və onların nəcisləri təşkil edir.

Məryəm İlhamqızı