SON DƏQİQƏ! Daşqınlar nəticəsində ölənlərin sayı ARTDI
    • 31-10-2024, 04:00
    • 393

SON DƏQİQƏ! Daşqınlar nəticəsində ölənlərin sayı ARTDI

İspaniyanın Valensiya muxtar icmasında leysan yağışları və daşqınlar nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.

News24.az Aktual.ge-yə istinadla xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

İspaniyanın cənub-şərqinə yağan güclü leysan yağışları nəticəsində bir çox ərazilər su altında qalıb, dəmir yolu və hava nəqliyyatının fəaliyyəti pozulub. Bəzi yerlərdə yağıntının günlük miqdarı aylıq normadan çox olub.