-
- 30-10-2024, 13:21
- 265
Fırtına və sel: Böhran masası yaradıldı
İspaniya güclü yağışların gətirdiyi daşqınların qurbanı olub.
News24.az xəbər verir ki, ölkənin şərqindəki Valensiya muxtar hökumətinin başçısı Karlos Mazon sel və daşqınlar nəticəsində bəzi rayonlarda ölənlərin olduğunu bildirib:
"Girilən məntəqələrin bəzilərində cansız cəsədlər tapılıb, digər cəsədlər isə axtarılır. Ailələrə hörmət olaraq, əlavə məlumat verməyəcəyik".
Eyni zamanda, İspaniya mətbuatı sel və daşqınlar nəticəsində Valensiyada bir nəfərin, Albasetedə isə 6 nəfərin itkin düşdüyünü bildirib.
Onu da qeyd edək ki, əlverişsiz hava şəraitinin hər kvadratmetrə 200 litrdən çox yağıntının düşdüyü şərq və cənub rayonlarında irimiqyaslı fəsadlar törətdiyi, əkinçilik sahələrinin su altında qaldığı, yüzlərlə avtomobilin sıradan çıxdığı, ağacların aşdığı, yolların və körpülərin dağıldığı paylaşılıb.
İspaniya hökuməti əlverişsiz hava şəraitinin yaratdığı can və mal itkisi səbəbiylə böhran masası yaradıldığını açıqlayıb.
Günel Məlikzadə