İnsanlar niyə əsnəyir?
    • 30-10-2024, 18:35
    • 350

İnsanlar niyə əsnəyir?

Əsnəmək 2000 ildir elm adamlarını çaşdıran məsələdir.

Son araşdırmalar göstərir ki, əsnəmək beyinə temperaturu tənzimləməyə təsir göstərir. Bu fikrə görə, əsnəyərkən alınan dərin nəfəs - avtomobilin radiatoru kimi - beynin soyumasını təmin edir. Beynin temperaturu artdıqda, burun mukozasında qan axını sürətlənir. Əsnəməklə alınan hava burun və ağız boşluqlarından keçərkən damarlardakı qanın temperaturunu dəyişir. Onların divarları birbaşa ön beyinlə əlaqəli qan damarlarının şəbəkələri ilə örtülüdür. Beləliklə, beynin soyumasına kömək edir. Siçanlar üzərində aparılan araşdırmada əsnəmədən əvvəl beyin istiliyində artımın müşahidə edildiyi, daha sonra isə temperaturun azaldığı müəyyən edilib. Lakin məlum olur ki, əsnəməyin temperatur sabitləşdirici təsiri ətraf mühitin temperaturunun nə çox isti, nə də çox soyuq olmadığı orta temperaturlarda (təxminən 20°C) daha qabarıq şəkildə özünü göstərir.

Bəs niyə biz adətən yatmazdan əvvəl, oyandıqdan sonra və ya cansıxıcı olanda əsnəyirik? Bədən çəkisinin 2%-ni təşkil edən beyin ümumi enerji istehlakının 20%-nə cavabdehdir.

News24.az xəbər verir ki, yuxu və stressin beyin istiliyində dəyişikliklərə səbəb olduğu düşünülür. Məsələn, yuxusuzluğun beyin istiliyini artırdığı məlumdur. Əsnəməyin yuxu və yorğunluqla əlaqələndirilməsinin səbəbi beyin istiliyinə təsiri ola bilər.

Əsnəmək də yoluxucudur. Başqasının əsnədiyinin şahidi olmaq və ya əsnəmə haqqında oxumaq əsnəməyə səbəb ola bilər. Əsnəməyin yoluxuculuğunun empatiya hissi ilə əlaqəli olduğu düşünülür. Beyin görüntüləmə üsulları ilə aparılan araşdırmalar, yoluxucu əsnəmə zamanı insanların öz emosiyalarını və digər insanların emosiyalarını qiymətləndirdiyi beyin sahəsinin aktiv olduğunu göstərib.

Nəticələri PLoS One jurnalında dərc olunan İtaliyanın Piza Universitetinin alimləri müəyyən ediblər ki, əsnəyən insana nə qədər yaxın olarsa, əsnəyən qohumun da əsnəməsi ehtimalı bir o qədər yüksəkdir. Bu vəziyyət dost və tanışlarda bir az daha çox azalır, tamamilə naməlum bir şəxsdə zəif görünür.

Günel Məlikzadə