-
- 31-10-2024, 06:09
- 619
Xalq artistinin vəziyyəti PİSLƏŞDİ - FOTO
Rusiyanın xalq artisti Vasili Livanovun vəziyyəti pisləşib.
News24.az "Operativ Məlumat Mərkəzi-OMM"-a istinadla xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.
Məlumata görə, “Şerlok Holms və doktor Vatsonun sərgüzəştləri” adlı sovet serialında detektiv Şerlok Holms obrazı ilə tanınan aktyor ayaqlarındakı şiddətli ağrılardan həkimlərə şikayət edib.
Həkimlər onun yeriməsində problem olduğunu müəyyən edib.
Livanov nitqində də problemlər yaradıb - aktyor sözləri tələffüz etməkdə çətinlik çəkir.
Kanal yazır ki, sovet filmlərinin ulduzuna loqoterapiya kursu keçmək və daha çox dincəlmək tövsiyə olunub.