2 milyon manatlıq saatı oğurlanan azərbaycanlı AAYDA rəhbərinin oğlu deyil - AÇIQILAMA
    • 27-06-2019, 13:43
    • 1 367

2 milyon manatlıq saatı oğurlanan azərbaycanlı AAYDA rəhbərinin oğlu deyil - AÇIQILAMA

Ötən gün bəzi xarici media resurslarında İspaniyanın İbiza şəhərində 22 yaşlı Azərbaycanlı turistin 1 milyon funt sterlinq dəyərində saatının oğurlanması barədə məlumat yayılıb.

AAYDA-nın mətbuat xidmətindən News24.az-a bildirilib ki, bu məlumatdan dərhal sonra ölkənin daxili və xarici siyasətinə, aparılan sosiyalyönümlü islahatlara kölgə salmaq məqsədi ilə mütəmadi olaraq iqtidara, iqtidarın vəzifəli şəxslərinə və ailələrinə qarşı sifarişli, yalan və böhtan dolu məlumatlar yayan müxalifyönlü qüvvələr bu gəncin guya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun oğıu Sübhan Məmmədlinin olduğu barədə yalan məlumatlar yayıblar.

Bu yalan və cəfəngiyyatdan başqa bir şey deyil. Belə ki, Sübhan Məmmədli İspaniyanın İbiza şəhərində olmamış, Londondakı King’s College-də təhsil almamışdır. Bu məlumatları asanlıqla dəqiqləşdirmək mümkündür.

Göründüyü kimi bu, müxalifyönlü qüvvələrin iqtidarı təmsil edən vəzifəli şəxslərlə bağlı şər və böhtan dolu məlumatlar yaymaqla ölkəmizin nüfuzunu beynəlxalq ictimaiyyət qarşısında aşağı salmaq kimi çirkin oyunlardan növbətisidir.