Qara Qarayev “Neftçi”dən getdi
    • 19-09-2024, 10:52
    • 469

Qara Qarayev “Neftçi”dən getdi

"Neftçi” futbolçusu Qara Qarayevlə yollarını ayırıb.

News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, "ağ-qaralar” Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi ilə əməkdaşlığa son qoyub. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Q.Qarayev paytaxt klubuna 2023-cü ilin yayında "Qarabağ”dan keçmişdi. O, ötən ay baş məşqçi Roman Qriqorçukun qərarı ilə əvəzedici komandaya göndərilmişdi.

Qeyd edək ki, "Neftçi” Misli Premyer Liqasında 6 turdan sonra topladığı 4 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.