"2027-ci ildə qurultaya gedəcəyəm və bu, qəti qərarımdır"
    • 31-10-2024, 19:20
    • 461

"2027-ci ildə qurultaya gedəcəyəm və bu, qəti qərarımdır"

Anar olmayanda Yazıçılar Birliyi yox idi? Hətta, məndən 4 il əvvəl belə Yazıçılar Birliyi olub.

News24.az bildirir ki, bu sözləri "Liatris" Holdinqin rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyevanın yeni layihəsi olan "Qaranlıqda həqiqət"in qonağı Xalq yazıçısı Anar deyib.

Azərbaycan Yazıçılar Birliyinin sədri fikirlərinə belə davam edib: “Məndən sonra da 4 il yox, hətta 44 il də olacaq, niyə də olmasın? Çünki yazıçıların bir məclisi olmalıdır. Hətta, 19-cu əsrdə də Natəvanın, Seyid Əzim Şirvaninin, Nəvvabın da ədəbi məclisi var idi. Yazıçılar Birliyinin 90 illiyini qeyd edəndən sonra niyə bu ləğv olunmalıdır? Mən dedim ki, 2027-ci ildə qurultaya gedəcəyəm və bu, qəti qərarımdır. Amma elə bilirəm ki, məndən sonra da bu ittifaq olacaq və yaxşı da işləyəcək”.