Gürcüstanda parlament seçkilərində hakim partiya ÖNDƏDİR
    • 1-11-2020, 15:02
    • 499

Gürcüstanda parlament seçkilərində hakim partiya ÖNDƏDİR

Gürcüstanda ötən gün keçirilən 10-cu çağırış parlament seçkilərində səslərin 94.25%-i (3 626 seçki məntəqəsi) hesablanıb.

News24.az
 Gürcüstan MSK-ya (CESKO) istinadən xəbər verir ki, bu saata olan göstəriciyə əsasən hakim “Gürcü Arzusu” partiyası səslərin 48,12%-ni, "Vahid Milli Hərəkat-Birləşmiş  Müxalifət" seçki bloku isə 26,92%-ni qazanıb. Digər müxalif partiyalardan isə "Avropalı Gürcüstan" 3.79%, "Vətənpərvərlər Alyansı"  3.18%, "Aqmaşenebeli Strategiyası" 3.15%, “Girçi” 2.95%, "Gürcüstan Leyboristlər Partiyası"  1% səs toplayıb.