-
- 1-11-2024, 11:33
- 154
Osminoq dönəri - Ankarada yeni LƏZZƏT
Ankarada dəniz məhsulları restoranının sahibi olan Faruk və Mehmet Gezen qardaşları menyularına osminoq dönəri əlavə ediblər.
News24.az xəbər verir ki, restoranlarında türk mədəniyyətinin təamlarını dəniz məhsulları ilə uyğunlaşdıran aşpaz qardaşlar müştərilərə levrek, simit və tuna dönərindən sonra osminoq dönəri təklif ediblər.
Osminoqları əvvəlcə qaynar suda saxlayan, sonra isə dönər süfrəsində xüsusi yağ sousu ilə hazırlayan Gezen qardaşları təcrübələrindən uğurlu nəticə əldə ediblər.
Xüsusilə son illərdə çəkdikləri fərqli yemək videoları ilə sosial mediada populyarlaşdıqlarını ifadə edən Mehmet Aşpaz, "Çox gözəl reaksiyalar və şərhlər aldıq. Son balıq dönərimizlə Türkiyənin gündəmində idik. Fərqli şəkildə nə edə biləcəyimizi düşündük və osminoq dönəri hazırlamaq ideyası ilə gəldik. Biz bunu həyata keçiririk və müştərilərimizə xidmət edirik" dedi.
Keçmişdə dönər biznesində də çalışdıqlarını bildirən Mehmet Aşpaz, "Təbii ki, biz dönərdən anlayan iki ustayıq" dedi.
Qeyd edək ki, ilk dəfə osminoq dönərini sınayan müştərilər dönərin dadını bəyəniblər.
Günel Məlikzadə