Xaçmazda baş verən qətlin TƏFƏRRÜATI
    • 1-11-2024, 16:06
    • 320

Xaçmazda baş verən qətlin TƏFƏRRÜATI

Xaçmazda baş verən qətlin təfərrüatları məlum olub. 

News24.az Bizim.Media-a istinadla bildirir ki, rayonun Pirquluoba kənd sakini, 57 yaşlı İlham Piristan oğlu Rüstəmovu şəxsi münasibətlər zəminində Şabran rayon sakini, 43 yaşlı Rəhman Arif oğlu Cavadov öldürüb. 

O, mübahisə nəticədində İlham Rüstəmova çox saylı bıçaq zərbələri endirərək qətlə yetirib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1.maddəsi ilə cinayət işi açılıb.

Hadisəni törədən Rəhman Cavadov Xaçmaz polis əməkdaşları tərəfindən istintaqa təhvil verilib.