Alimlər keçəllik və qalxanabənzər vəz arasında əlaqə tapıblar
    • 2-11-2024, 07:39
    • 521

Alimlər keçəllik və qalxanabənzər vəz arasında əlaqə tapıblar

Çin alimləri  qalxanabənzər vəzi xəstəliyi və yamaqlı keçəllik arasında mümkün genetik əlaqəni müəyyən ediblər.

News24.az Demokrat.az-a istinadla xəbər verir ki, bu barədə HealthDay  məlumat yayıb. 

Alimlər Finlandiyanın Biobankından yüz minlərlə insanın genetik məlumatlarını, eləcə də digər tədqiqatların hazır məlumatlarını təhlil ediblər. Tədqiqatlara görə minlərlə insan qalxanabənzər vəzi xəstəliyi və/və ya yamaqlı keçəllikdən əziyyət çəkir.

Hipotiroidizm (tiroid hormonlarının çatışmazlığı), hipertiroidizm (tiroid hormonlarının artıqlığı) və Haşimoto xəstəliyi (tiroid vəzinin otoimmün iltihabı) yamaqlı keçəlliklə genetik olaraq əlaqələndirilib.

Nəticələr bu xəstəliklərin oxşar mexanizmlərə malik ola biləcəyini göstərə bilər. Bu kəşf otoimmün xəstəlikləri daha yaxşı başa düşməyə və onlara qarşı yeni müalicə üsullarını inkişaf etdirməyə kömək edəcək.