-
- 2-11-2024, 08:22
- 331
Azərbaycanda qardaş bacını döyərək xəstəxanalıq etdi
Mingəçevirdə 33 yaşlı qadın döyülərək müxtəlif bədən xəsarətləri alıb.
News24.az "Unikal"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Cəmil Əliyev küçəsi 12 ünvanında baş verib.
Şəxsi münasibətlər zəminində qardaşı tərəfindən döyülən 1991-ci il təvəllüdlü Mehri Ramiz qızı Hənifəyeva müxtəlif bədən xəsarətləri, o cümlədən kəllə-beyin travması alıb. Döyülən qadın xəstəxanaya çatdırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti Şəki Regional Qrupundan "Unikal"a verilən məlumata əsasən baş vermiş hadisə ilə bağlı Mingəçevir Polis Şöbəsində araşdırma başlanıb.