Qardaşı 52 yaşlı qadını döyərək xəstəxanalıq etdi
    • 7-02-2020, 23:07
    • 1 509

Qardaşı 52 yaşlı qadını döyərək xəstəxanalıq etdi

Oğuzda qardaşı tərəfindən döyülən 52 yaşlı qadın xəstəxanalıq olub.

News24.az xəbər verir ki,  bugün axşam saatlarında Oğuz rayon  Yemişənli kənd sakini 1968-ci il təvəllüdlü Gövhər İbad qızı Mirzəyeva Oğuz rayon Mərkəzi Xəstəxanasına döyülmə xəsarətləri ilə qəbul olunub.

Müayinə zamanı məlum olub ki , 52 yaşlı G.Mirzəyeva ailə münaqişəsi zəminində qardaşı tərəfindən döyülüb. Baş nahiyyəsindən ağır xəsarətlər alan qadın Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.