-
- 6-08-2018, 16:37
- 865
"Ana, mənə sizin fiziki dəstəyiniz lazımdır" - Sevincə kömək edək
Sevinc Gəncə şəhərində yaşayır. Fiziki məhdudiyyətli, lakin çox istedadlı bir qızdır. Bu gün onun anası qızının valideynlərinə yazmış olduğu məktubu da əlavə etməklə redaksiyamıza müraciət edib. News24.az Məmmədova Mətanət Hüseyin qızının xoşməramlı insanlara müraciətini diqqətinizə çatdırır:
"Mən ölkəmizin bütün xeyirxaq insanlarına müraciət edirəm. Sevincin əməlyyat yolu ilə, əməliyyatdan sonra isə reabilitasiya edərək, sərbəst yerimək şansı var. Mən ailə həyatı qurandan 12 il sonra analıq sevincini mənə qızım Sevinc yaşatdı . Ancaq qızımın Uşaq Serebraİ İflici (USİ)- i diaqnozlu olduğunu və aşağı ətrafların problemli olduğunu biləndə, ümidsiz bir hökmə baxmayaraq, bir valideyin kimi qayğımızı və ümidimizi kəsmədik. Baxmayaraq ki , bu sahədə maarifli də deyildik. Düşünürdük ki ,həkimin yazdığı dərmanlar ,massajlar , bizə verdikləri ümidlər və s. onun yeriməsinə kömək edəcəkdir. 2003-cü ildən UAFA təşkilatının Gəncə şəhərində “Ailələrə Dəstək Mərkəzi “ açıldı. Layihə çərçivəsində mərkəzin uşaq inkişafı mütəxəssisləri bizim ailəyə səfər etdilər . Mütamadi olaraq, övladımız mərkəzin fərdi və qrup məşğələlərindən, mərkəzdə fəaliyyət göstərən dərnəklərdən bəhrələndi . Qızımın bu günkü gündə fiziki dəstəklə addım ata bilməsi və bizi bu sahədə hər tərəfli maarifləndirdikləri üçün UAFA təşkilatına təşəkkür edirəm. Məhz bundan sonra Sevinci hər il bütün məsləhət görülən müəssisələrə və reabilitasiya mərkəzlərinə müalicə üçün aparırdıq. Hətta evimizdə onun böyük motor bacarıqlarının inkişafı üçün vacib olan avadanlıqları da əldə edib , lazım olan şəraiti də yaratdıq Amma təssüflər olsun ki, istədiyimiz nəticəyə nail ola bilmədik . Buna baxmayaraq ümudimizi yenə də itirmədik .Bizim ,UAFA Gəncə İƏRM-nin və özünün bacarıqlarının nəticəsi kimi qızım böyüdükcə Azərbaycan ədəbiyyatına olan marağı , şeir demək istedadı üzə çıxdı. Qızım Gəncə UAFA təşkilatını bütün tədbirlərində Gəncə Dövlət Dram teatrında, Gəncə Dövlət Kukla Teatrında , təhsil aldığı məktəbdə keçirilən tədbirlərdə aparıcı , Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsərində, M.Gəncəvinin həyatına həsr edilmiş tamaşada Məhsəti Gəncəvinin və s. rollarda oynamış , şeir söyləmişdir. Bu il Sevinc M.Əzizbəyov adına 15 saylı tipik məltəbin 11-ci sinifini əla və yaxşı giymətlər ilə bıtırdı. Onun çoxlu dostları var. Sevinc özünü heç vaxt cəmiyyətdən təcrid olunmuş kimi hiss etməyib. Ailəsi,dostları ,UAFA Gəncə İƏRM-nin kollektivi və s. həmişə onunla olub.
Orta məktəbi əla və yaxşı qiymətlərlə bitirməsinə baxmayaraq , Sevinc sənədlərini DİM-ə verməməyi qərarı aldı : “Ana , mən Universitetə qəbul olsam da mənim fiziki dəstəyə ehtiyacım olacaq. Gələcəkdə davamiyyətli təhsil almaq üçün mənə Sizin fiziki dəstəyiniz lazımdır. Nəzərə alsaq ki, atamın 69 yaşı , sənin isə 62 yaşın var hər biriniz ağır əməliyyat keçirmiş yaşlı insanlarsınız . Sizin həyatınızda yük olmaq istəməzdim . mənə görə Sizlərə nə isə olarsa bu mənə cox ağır bir zərbə olardı . Axı həyatda mənim tək ümidim Sizsiniz. Mən övlad kimi Sizin qayğınıza qalmalıyam, nəinki Siz mənim ” dedi. Qızımın bu sözləri, valideyin kimi hər ikimizi kövrəltdi. Maddi imkanlarımızın aşağı olmasına baxmayarq araşdırmalar apardıq və onu Bakı şəhərnə “BoneArt Ortopedi Azerbaycan ” Tükiyəli həkimlər qrupuna göstərmək qərarına gəldik . Qrup rəhbəri Op. Dr. Cengiz Cabukoğlu və digərləri qızıma əməliyyət olarsa cox sevindirici proqnoz verdilər. “Sevincin əməlyyat yolu ilə, əməliyyatdan sonra isə reabilitasiya edərək, sərbəst yerimək şansı var” dedilər. Ancaq bu bahalı əməliyyat üçün bizim- təqaüdçü olan hər ikimizin - vacib olan 10 000 AZN vəsaitimiz yoxdur . Bizi narahat edən digər məsələ isə bizim yaşlı olmağımız, Sevincin qardaşı və bacısı olmamağı və gələcəkdə Sevincin kiməsə möhtac ola bilməsidir. Bir də ki, Sevincin arzusu bütün gənclər kimi təhsil alıb ,öz karyerasını qurub, sevib-sevilmək, ictimai həyatda aktiv olmaq və istedadlı aktyor olaraq , özünü cəmiyyətə tanıtmaq , inkişaf etdirməkdir. Bu onun haqqıdır. Sevincin bu arzularının həyata keçməsi üçün Sizin köməyinizə ehtiyacımız vardır. Ona görə də üzümü Sizə- xeyirxaq insanlara tutub rica edirəm: əməliyyət üçün lazım olan 10 min manat məbləği ödəmək üçün bizə köməklik edəsiniz. Sevincin bizim ailənin sevinci olması üçün bizə dəstək olun. Sizin köməkliyiniz ilə mənim qızım Sevinc sərbəst yeriyərək özünü idarə edər və arzlarına çatar."