-
- 2-11-2024, 11:36
- 344
Azərbaycanlı biznesmenin qohumu sevgilisini döydü, cinayət işi açıldı
Rusiyanın Kamçatka vilayətində 37 yaşlı azərbaycanlı Asif Hacıyev 32 yaşlı sevgilisini döyüb.
News24.az yerli mediaya istinadla bildirir ki, o, zərərçəkənin qollarını və ayaqlarını lentlə bağlayaraq sərbəst hərəkətini məhdudlaşdırıb və ona qarşı zorakılıq tətbiq etməkdə davam edib.
İstintaq Komitəsinin Petropavlovsk-Kamçatski şəhəri üzrə İstintaq İdarəsi bu faktla bağlı Cinayət Məcəlləsinin 127-ci maddəsilə cinayət işi açıb.
A. Hacıyev saxlanılıb, onun barəsində həbs-qətimkan tədbiri seçiləcəyi gözlənilir.
Məlumata görə, Hacıyev Asif Mehdimuquma oğlunun qohumları məşhur “BAM” gecə klubunun sahibidirlər. “BAM” MMC 28 yanvar 2021-ci ildə ləğv edilib. Onun təsisçiləri Svetlana Vasilievna Novoselova və Polad Yəhya oğlu Hacıyevdir. \\Lent.az