-
- 26-09-2024, 09:32
- 341
İrəvan yenidən Bakını razılaşdırılmamış müqaviləni imzalamağa dəvət etdi
Ermənistan Azərbaycanı noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransına qədər sülh sazişinin artıq razılaşdırılmış maddələrini imzalamağa dəvət edib.
News24.az “Caliber.az”-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Ermənistan tərəfi Bakıda COP29-dan əvvəl sülh müqaviləsinin artıq razılaşdırılmış maddələrini imzalamağı və bununla da sülh prosesinin irəliləyişinə stimullaşdırıcı mühit yaratmağı təklif edib”, - deyə Ermənistanın baş naziri Nikol Paşinyan BMT Təhlükəsizlik Şurasının təşkil etdiyi “Sülh naminə liderlik” tədbiri çərçivəsində “BMT Nizamnaməsi ətrafında vahid, təhlükəsiz gələcək axtarmaq” müzakirəsindəki açıqlamasımda bildirib.
Qeyd edək ki, Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında 50-dən çox ölkədən dövlət və hökumət başçıları da daxil olmaqla 80 mindən çox qonağın iştirak edəcəyi gözlənilir.
Teymur Məmmədov