Serbiyada matəm elan olundu
    • Bu gün, 19:50
    • 143

Serbiyada matəm elan olundu

Serbiya hökuməti Novi Sad şəhərində dəmiryol vağzalının beton örtüyünün uçması nəticəsində 11 nəfərin ölümü ilə əlaqədar olaraq, 2 noyabr tarixini milli matəm günü elan edib.

News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Serbiya Respublikası hökuməti şəhərin və bütün respublikanın sakinlərinə təsir edən faciənin miqyasını nəzərə alaraq, Novi Sadda dəmiryol vağzalında konstruksiyanın uçması nəticəsində faciəli şəkildə həlak olanların xatirəsinə 2024-cü il 2 noyabr tarixini Serbiya ərazisində matəm günü elan etmək qərarına gəlib", - Serbiya Nazirlər Kabinetinin bəyanatında qeyd olunub.

Serbiya Prezidenti (Bosniya və Herseqovina entiteti) Milorad Dodik özünün "X" hesabında faciə qurbanlarına başsağlığı verib. O, həmçinin 2 noyabr tarixini qurumun ərazisində matəm günü elan edib. Şəhərin meri Milan Curiç 2 noyabrdan başlayaraq şəhərdə üç günlük matəm elan edib.

Serbiyanın daxili işlər naziri İvitsa Daçiçin verdiyi məlumata görə, stansiya binasının beton örtüyünün uçması nəticəsində ölənlərin sayı 11-ə çatıb, daha əvvəl 8 nəfərin öldüyü bildirilirdi.

Qeyd olunur ki, Serbiyanın əhalisinə görə ikinci ən böyük şəhərinin stansiya binasında 50 metrlik beton konstruksiya gündüz saatlarında uçub. Örtüyün uçmasının səbəbləri hələ müəyyən edilməyib./Oxu.az