Qatar stansiyasında beton tavan çökdü - 14 nəfər öldü
    • 2-11-2024, 06:19
    • 482

Qatar stansiyasında beton tavan çökdü - 14 nəfər öldü

Serbiyanın Novi Sad şəhərində qatar stansiyasında beton eyvanın çökməsi nəticəsində 14 nəfər həyatını itirib.

News24.az xəbər verir ki, Serbiyada yerli medianın yaydığı məlumata görə, beton tavan naməlum səbəbdən dağılıb və çox sayda insan dağıntılar altında qalıb. Hadisə zamanı 14 nəfər ölüb, 4 yaralı xəstəxanaya yerləşdirilib.

Serbiyanın baş naziri Miloş Vuçeviç və daxili işlər naziri İvitsa Daçiç hadisə yerinə gələrək səlahiyyətlilərdən məlumat alıblar. Baş nazir Vuçeviç açıqlamasında 1964-cü ildə inşa edilən binanın çökməsinin səbəbinin araşdırılacağını və səhlənkarlıq edənlərin ədalət qarşısında cavab verəcəyini bildirib.

Daxili işlər naziri Daçiç daha 5 nəfərin cəsədinin dağıntılar altından çıxarıldığını bildirib. O, həmçinin xəstəxanaya yerləşdirilən yaralılardan 3-nün vəziyyətinin ağır olduğunu bildirib. 

Serbiya hökuməti Novi Sad şəhərində dəmiryol vağzalının beton örtüyünün uçması nəticəsində 14 nəfərin ölümü ilə əlaqədar olaraq, 2 noyabr tarixini milli matəm günü elan edib.

Aynurə