-
- 2-11-2024, 20:20
- 1 413
İş adamının 11 yaşlı qızı yatdığı yerdə öldü - FOTO
11 yaşlı qız yuxudaykən qəfil ölüb.
News24.az xarici mətbuata istinadla xəbər verir ki, 43 yaşlı Steve Pritchardın dediyinə görə normal şəkildə, hər hansı problemi olmadan yatmağa gedən 11 yaşlı qızı Matilda gecə dünyasını dəyişib. Sonrakı gün məlum olub ki, 11 yaşlı qız ürəktutmadan vəfat edib.
İngiltərənin Yorkşir qraflığında yaşayan biznesmen Stiv Pritçard qızının ölümündən sonra bilib ki, onun damarları tutulub və belə bədbəxt hadisə baş verib.
Belə ki, uşağın ürək əzələlərinin normaldan zəif olmasına səbəb olan genetik problemi olub. Aritmiogen sağ ventrikulyar kardiomiyopatiyaya səbəb olan gen təxminən 1,000 insandan birində baş verir, amma bu geni daşıyan hər kəsdə belə hal baş vermir.
Matildanın fotolarını təqdim edirik:
\\Milli.az