"Ən böyük" qara dəlik kəşf edildi
    • 16-04-2024, 14:45
    • 310

"Ən böyük" qara dəlik kəşf edildi

Astronomlar Yerin də daxil olduğu Süd Yolu Qalaktikasında ulduz mənşəli “ən böyük” qara dəliyi kəşf ediblər.

News24.az xəbər verir ki, Yerdən 2 min işıq ili uzaqda olduğu təsbit edilən qara dəliyin birbaşa görünə bilmədiyi və orbitində "titrəyən" bir ulduz sayəsində kəşf edildiyi bildirilib.

Həmçinin, ESA-nın Gaia Kosmik Teleskopundan əldə edilən məlumatların işığında daha çox qara dəliyin kəşf edilməsinin mümkün olduğu bildirilib.

Fransa Milli Elmi Tədqiqatlar Mərkəzindən (CNRS) Pasquale Panuzzo belə bir kəşfin "həyatda bir dəfə" ola biləcəyini söylədi.

Onu da qeyd edək ki, bu günə qədər Süd Yolu Qalaktikasında 50-yə yaxın superkütləli qara dəliyin aşkar edildiyi və ya müəyyən edildiyi qeyd edildi.

Günel Məlikzadə