-
- 2-11-2024, 14:41
- 448
"Alaq otları o qədərdir ki"
Müğənni Mehin Hümbətova sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırıb.
News24.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi xaricdə yaşayıb-yaşamamaq bağlı suala "Vətənimi çox sevirəm. Milli və ailə dəyərlərimizə bağlı insanam. Başqa ölkədə mülk olsa belə, ömrümü orada yaşaya bilmərəm" cavabını verib.
Mehin şou-biznesdəki gənc ifaçılardan yazaraq "Səhnəmizdə kifayət qədər gənc, istedadlı və bir-birindən fərqli janrda ifa edən ifaçılar var. Sadəcə, alaq otları o qədər çoxdur ki, gül-çiçəklər görsənmir" sözlərini əlavə edib.
Açıq geyimlərini tənqid edən izləyicinin sualına Hümbətova "Hər yerin öz geyimi var. Hər zaman məkana və çıxışa uyğun geyinirəm" cavabını verib.