-
- 3-11-2024, 20:00
- 404
14 nəfəri ildırım vurdu
Uqandanın şimalında yerləşən qaçqın düşərgəsində ibadət zamanı 14 nəfəri ildırım vurub.
News24.az "Report"a istinadla xəbər verir ki, bu barədə "Associated Press" yerli polisə istinadən məlumat yayıb.
Hadisə Lamvoda qeydə alınıb. Onların hamısı həlak olub.
Daha 34 nəfərin yaralandığı bildirilir.
Agentliyin məlumatına görə, burada Cənubi Sudandan olan qaçqınların məskunlaşdığı Palabek düşərgəsi yerləşir.