Zaqatalada 452 ədəd çətənə kolu AŞKAR EDİLİB
    • 28-06-2019, 10:20
    • 756

Zaqatalada 452 ədəd çətənə kolu AŞKAR EDİLİB

Evinin həyətyanı sahəsini narkotik plantasiyasına çevirən Zaqatala sakini saxlanılıb


DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsi və Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının  rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin tapılaraq, məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.


DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə,  daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zaqatala rayonu Aşağı Tala kənd sakini, əvvəllər məhkum olunmuş  Hüseyn Ramazanov saxlanılıb. 


Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradakı istixanadan 335 ədəd narkotik bitki hesab edilən çətənə kolları və 117 ədəd çətənə bitkilərinin şitilləri aşkar olunaraq maddi sübut kimi götürülüb. 


Faktla bağlı araşdırma aparılır.