Azərbaycan Dövlət Pedaqoji və Corc Vaşinqton universitetləri ƏMƏKDAŞLIQ EDƏCƏK
    • 28-06-2019, 12:38
    • 934

Azərbaycan Dövlət Pedaqoji və Corc Vaşinqton universitetləri ƏMƏKDAŞLIQ EDƏCƏK

Corc Vaşintqon Universitetinin Təhsil və insan inkişafı məktəbinin nümayəndə heyəti Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olub.

Təhsil Nazirliyinin mətbuta xidmətindən News24.az-a verilən məlumata görə, görüş zamanı qonaqlara universitet haqqında məlumat verilib, əməkdaşlıq imkanları müzakirə edilib. Xüsusən ikili diplom layihəsinin başlanması ilə əlaqədar görüləcək işlər, bu layihənin təhsilimizə verəcəyi töhfələr, mövcud kadr potensialı və digər imkanlar haqqında fikir mübadiləsi aparılıb.

Sonra universitetlərarası bəyannamə imzalanıb. Sənədi ADPU-nun rektoru, professor Cəfər Cəfərov və Corc Vaşinqton Universitetinin dekanı Maykl Föyer imzalayıblar.

Tərəflər ikili diplom proqramının təşkili üzrə danışıqları davam etdirmək qərarına gəliblər.
Sonda tələbə və müəllimlərlə görüş keçirilib. Görüşdə Corc Vaşinqton Universiteti, eləcə də tələbələr üçün planlaşdırılan proqram üzrə yaradılacaq imkanlar haqqında məlumat verilib və suallar cavablandırılıb.