İkili diplom proqramı üzrə oxumaq istəyənlərin NƏZƏRİNƏ
    • 13-03-2020, 17:48
    • 830

İkili diplom proqramı üzrə oxumaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında imzalanan ikili diplom proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə magistratura səviyyəsinə qəbula start verilir.

Təhsil Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, magistratura səviyyəsində təhsil iki il müddətində və ingilis dilində aparılacaq.

Sözügedən ikili diplom proqramı çərçivəsində təhsil almaq istəyənlər 15 aprel 2020-ci il tarixinədək müraciət etməlidirlər.

İkili diplom proqramı ilə bağlı əlavə məlumatlarla elan vasitəsilə tanış ola bilərsiniz.