-
- 5-11-2024, 19:25
- 502
Bu qidanı yesəniz, iflic ola bilərsiniz
Prof. Dr. Canan Karatay ağ çörəklə bağlı xəbərdarlıq edib.
News24.az Milli.Az-a istinadən xəbər verir ki, ağ çörəyin beyni uyuşdurduğunu ifadə edən Karatay, bədəndəki trigliserid səviyyəsinin yüksəlməsinə səbəb olaraq damar divarlarının qalınlaşa biləcəyi barədə xəbərdarlıq edib
Canan Karatay ağ çörək istehlakının insan sağlamlığına bilindiyindən qat-qat çox zərər verdiyi barədə xəbərdarlıq edib. Karatay, dünyada milyonlarla insanın istehlakdan əl çəkə bilmədiyi ağ çörəyin beyni uyuşdurduğunu və bədəndəki trigliseridləri artırdığını açıqlayıb.
Yüksək trigliserid səviyyələri damarların sərtləşməsinə və damar divarlarının qalınlaşmasına səbəb ola bilər, ürək xəstəliyi riskini artırır. Bu vəziyyət; İnfarkt, insult və müxtəlif ürək-damar xəstəlikləri riskini artırsa da, pankreatit, şəkərli diabet və hipertoniyaya da meylli ola bilər.