Yatmazdan əvvəl niyə duş qəbul etmək OLMAZ? - AÇIQLANDI
    • 5-11-2024, 21:25
    • 370

Yatmazdan əvvəl niyə duş qəbul etmək OLMAZ? - AÇIQLANDI

Yatmazdan əvvəl gigiyena prosedurlarını yerinə yetirmək ən doğru şeydir. Lakin söhbət duş qəbul etməkdən getmir.

News24.az-ın Lent.az-a istinadla məlumatına görə, gecə yatmazdan öncə duş almaq xoşagəlməz nəticələrə səbəb ola bilər.

Yuxunuz pozula bilər

Səhərlər duş qəbul etməyə öyrəşmisiniz, amma indi axşam duş qəbul etməyə qərar vermisinizsə, bu yanlış addımdır. Yatmazdan əvvəl duşa baş çəksəniz, beyniniz yanlış siqnal alacaq.

Baxmayaraq ki, istirahət etməli və yatmağa hazırlaşırsınız, duş aldığınız təqdirdə bədəniniz oyanmağa başlayacaq.

Nəticədə yuxusuzluq özünü göstərə bilər.

Saçlarınız tökülə bilər

Axşam duş qəbul etmək saçlarınızın islanmasına səbəb olacaq.

Əgər onlar uzundursa, onda siz onları tamamilə quruda bilməyəcəksiniz. Nəm saçla yatmağa məcbur olacaqsınız. Bu isə onların möhkəmliyinə mənfi təsir edəcək.