"Böyük-20"liyin sammitində Rusiyaya şərt qoyuldu
    • 28-06-2019, 15:43
    • 979

"Böyük-20"liyin sammitində Rusiyaya şərt qoyuldu

Böyük Britaniyanın baş naziri Tereza Mey Rusiya prezidenti Vladimir Putinlə Osaka sammiti çərçivəsində görüşüb.

News24.az xəbər verir ki, T.Mey görüşdə V.Putinə Britaniya ilə Rusiya münasibətlərinin normallaşması üçün şərtləri səsləndirib:

"Rusiya Böyük Britaniya və onun tərəşdaşlarına qarşı məsuliyyətsiz və pozucu fəaliyyətini dayandırmayınca, iki tərəfli münasibətin normallaşması barədə danışmaq mümkün deyil".