-
- 6-11-2024, 14:44
- 367
18 gündür itkin düşən qadının meyiti qohumunun tövləsində tapıldı
Kütahyanın Gediz rayonunda 18 gündür itkin düşən Asiye Günay (52) evinin yaxınlığında qohumuna məxsus ot tayasında ölü tapılıb.
News24.az 32gun.az-a istinadən xəbər verir ki, ilk müayinədə Günayın 12 saat əvvəl öldüyü müəyyən edilib. Cəsədin tapıldığı samanlıqda axtarış aparıldığı da öyrənilib.
Müəmmalı ölümlə bağlı başladılan istintaq davam edir.
Xəbərib təfərrüatında bildirilir ki, Oktyabrın 18-də Gedizin Akkaya kəndinə qardaşının yanına getmək üçün evdən çıxan 3 uşaq anası Asiye Günaydan bir daha xəbər alınmayıb. Günayın ailəsi itkin düşdüyü üçün jandarmaya şikayət edib.
Günay üçün Kütahya İl Afet və Fövqəladə Hallar Müdirliyi, jandarma, müxtəlif qurum və təşkilatlara bağlı axtarış-xilasetmə qrupları və kəndlilər axtarışa başlayıblar.
Havadan və qurudan axtarılan Günay bu gün evinin yaxınlığındakı qohumuna məxsus ot tayasının arasından ölü tapılıb.
Vəziyyət 112 Təcili Zəng Mərkəzinə bildirildikdən sonra hadisə yerinə jandarma qrupları sövq edilib. Günayın cansız bədəni hadisə yerində aparılan müayinədən sonra Gediz Dövlət Xəstəxanasının meyitxanasına aparılıb.
Digər tərəfdən cəsədin tapıldığı samanlıqda daha əvvəl dəfələrlə axtarış aparılsa da, heç bir izə rast gəlinmədiyi öyrənilib.