Bu meyvə acqarına yeyildikdə qarın yağlarını əridir
    • 11-11-2024, 05:32
    • 18 425

Bu meyvə acqarına yeyildikdə qarın yağlarını əridir

Papaya fərqli dadı olan canlı və şirin meyvədir. Səhər tezdən və ya acqarnına bu meyvəni yemək müxtəlif sağlamlıq faydaları təmin edə bilər. Bu tropik meyvə fermentlər, antioksidantlar və müxtəlif qida maddələri ilə zəngindir, tərkibində lif, kalsium, maqnezium, kalium və A, C, E və K vitaminləri var.

News24.az xəbər verir ki, 157 qram ağırlığında bir dilim papayada təxminən 68 kalori var. Arıqlamaq istəyənlər, tərkibindəki lif və aşağı kalorili olması səbəbindən bu meyvəni xüsusilə faydalı hesab edə bilərlər.

Papaya meyvəsi ilə milkshake və ya smoothie hazırlaya bilərsiniz. Meyvə kublarını salata da əlavə edə bilərsiniz. Qurudulmuş papayanı və ya xardal, qara bibər əlavə edərək papaya toxumlarını da istehlak edə bilərsiniz.

Əgər qarın yağlarınızı əritmək istəyirsinizsə, papaya ilə dost olun. Bu meyvə tez-tez aclıq hiss edən insanlar üçün ən yaxşısıdır. Papaya səhər tezdən istehlak edildikdə, gün ərzində aclıq hissini yatırmağa kömək edə bilər. 

Papaya parlaq dəriyə sahib olmaq istəyən insanlar üçün bir xəzinədir. Papayanın təbii fermentləri və antioksidanları ölü dəri hüceyrələrini çıxarmağa, məsamələri təmizləməyə və qırışların qarşısını almağa kömək edərək dəri sağlamlığını yaxşılaşdırır. O, həmçinin yaraların sağalmasını təşviq edir və yanmış dəridə infeksiyaların qarşısını alır. Səhər tezdən istehlak edildikdə, papaya bağırsaq sağlamlığınızı yaxşılaşdıra bilər.

Günel Məlikzadə