-
- 7-11-2024, 23:14
- 394
Uşaqlarınızda öskürəyi bu üsullarla azaldın
Uşaqlarda ən çox rast gəlinən xəstəliklərdən biri öskürəkdir. Xüsusilə mövsümi keçidlər zamanı artan öskürək şikayəti çox vaxt ciddi bir vəziyyətin əlaməti sayılmasa da, yenə də ciddi qəbul edilməli olan bir narahatlıq ola bilər.
News24.az xəbər verir ki, öskürək həddindən artıq deyilsə və ya digər ciddi simptomlarla müşayiət olunmursa, evdə aşağıdakı üsulları tətbiq etməklə həll tapa bilərsiniz.
Zəncəfil çayı:
İltihab əleyhinə xüsusiyyəti olan zəncəfili bir çimdik bal və ağrı kəsici xüsusiyyəti olan mixəklə qarışdıraraq dərman vasitəsi kimi də istehlak edə bilərsiniz. Öskürəyi daha çox aradan qaldırmağa kömək edəcək.
Cökə çiçəyi:
Qış aylarında ən çox seçilən bitki çaylarından biri olan cökə, ağrı və iltihab əleyhinədir. Şəkərsiz gündə 2 stəkan cökə çayı içməyi unutmayın. Şəkər çayın tərkibindəki komponentlərlə reaksiyaya girərək onun faydalı xüsusiyyətlərini azalda bilər.
Adaçayı:
Adaçayı həm boğazı yumşaldır, həm də ağrısını azaldır. Bitki çayı kimi istehlak edilən adaçayı qarqara kimi də istifadə edə bilərsiniz.
Nanə çayı:
Tez-tez seçilən nanə çayını bir dilim limon və 1 çay qaşığı bal ilə qarışdıraraq istehlak etdikdə soyuqdəymənin təsiri azaldacaq.
Heyva Çayı:
Boğazı sakitləşdirən və öskürəyi azaldan başqa bir çay heyva çayıdır. Heyva tumlarını 10 dəqiqə qaynar suda saxlayıb soyuq halda içə bilərsiniz.
Uşaqlarda öskürəyin müalicəsinin əsas məqsədi onların daha yaxşı hiss etmələrini təmin etməkdir. Aşağıdakı üsullar ümumiyyətlə öskürəyin şiddətini azalda bilər, lakin müddətini qısaltmır.
Etməli olduğunuz bəzi şeylər bunlardır:
- Uşağınızın otağını hər gün havalandırın, qışda isə radiatorun üzərinə bir qab su və ya yaş dəsmal qoyun.
- Otağın rütubətini tənzimləyin. Bunun üçün buxar maşınlarından istifadə edə bilərsiniz, lakin bu cihazlar infeksiyaları asanlıqla saxlaya bildiyi üçün cihazın və istifadə olunan suyun təmiz olduğundan əmin olun.
- Burnunuzu tez-tez duzlu su ilə təmizləyin.
- Yatarkən yastığınızı bir az qaldırın
- Əgər uşağınızın öskürəyi allergik öskürəkdirsə, evdə xalça, yorğan, yastıq, sviter kimi yun əşyalardan istifadə etməyin.
- Asan bəlğəm çıxarmaq üçün xəstənin bol su istehlak etməsini təmin edin.
Məryəm İlhamqızı