Qəhvə - dost, yoxsa düşmən?
    • 8-11-2024, 20:04
    • 401

Qəhvə - dost, yoxsa düşmən?

Aparılan araşdırmalar göstərir ki, qəhvə səhərlər və ya görüşlər zamanı bizi oyaq saxlamaqdan daha çox faydalıdır. 

News24.az-ın məlumatına görə, bu inanılmaz dərəcədə mürəkkəb içkinin tərkibində bədənə təsir göstərə bilən 1000-dən çox birləşmə var.

Qəhvənin faydaları nələrdir?

Antioksidan yükü.

Qəhvənin tərkibində güclü antioksidantlar - polifenollar var ki, onlar vaxtından əvvəl qocalmanın və xroniki xəstəliklərin inkişafının qarşısını alır.

Riskin azaldılması. 

Daimi qəhvə istehlakı 2 tip diabet, ürək-damar xəstəlikləri, o cümlədən ürək çatışmazlığı, insult, infarkt və bəzi xərçəng növləri riskini azaltmağa kömək edir.

Beyin qorunması.

Kofein sinir sistemini stimullaşdırır, konsentrasiyanı və diqqəti artırır. O, həmçinin Alzheimer və Parkinson xəstəliyi kimi neyrodejenerativ xəstəliklərin inkişaf riskini azaldır, demansın və yaşla əlaqədar idrakın azalmasının inkişafını ləngidir.

Qaraciyər dəstəyi.

Qəhvə qaraciyərə müsbət təsir edir, qaraciyər yağlanması, siroz və hətta qaraciyər xərçənginin inkişaf riskini azaldır.

Təbii ki, söhbət şəkər, süd və ya digər inqrediyentlər əlavə olunmayan qara qəhvədən gedir.

Bəs riskləri varmı?

Bəli, əgər siz çox miqdarda qəhvə içirsinizsə. kofein asılılığı yarada bilər, stressi, əsəbiliyi artırır, qan təzyiqini yüksəldir və yuxuya mane olur.

Orta miqdarda qəhvə içmək - səhərlər 3-4 stəkandan çox olmamaqla, ümumiyyətlə əksər böyüklər üçün təhlükəsiz hesab olunur.

Kim ehtiyatla qəhvə içməlidir?

Hamilə və süd verən qadınlar mümkün risklərə görə qəhvəni gündə maksimum 1 stəkan azaltmalıdır.

Yüksək qan təzyiqi, narahatlıq və ya yuxusuzluğu olan insanlar üçün kofein, simptomları ağırlaşdıra bilər.

Qastroezofageal reflüks və ürək yanması olan insanlar qəhvə miqdarına diqq etməlidirlər. 

Qəhvə yalnız böyüklər üçündür! Qəhvə və bəzi digər içkilərdə olan kofein uşaqlar üçün tövsiyə edilmir. Kiçik miqdarlar belə qan təzyiqini artıra, ürək döyüntülərini ləngidə və uşaqlıqda yuxuya və sümük böyüməsinə zərər verə bilər.

Qəhvəni ağıllı istehlak etsəniz, düşməniniz deyil, dostunuz olar. Səhər inqrediyentsiz 1-3 stəkan qara qəhvə sağlam pəhrizin bir hissəsi ola bilər./lent.az