Quzey Kıbrıs Türk Cümhuriyyəti Azərbaycan xalqını təbrik etdi
    • 8-11-2024, 13:48
    • 315

Quzey Kıbrıs Türk Cümhuriyyəti Azərbaycan xalqını təbrik etdi

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Xarici İşlər Nazirliyi Azərbaycanın 8 Noyabr – Zəfər Günü ilə bağlı təbrik mesajı yayımlayıb.

 News24.az xəbər verir ki, KKTC-nin xarici işlər naziri Tahsin Ərtuğruloğlu Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Qəhrəmancasına bir mücadilə ilə işğal altındakı torpaqlarını azad etməsinin dördüncü ildönümündə qardaş Azərbaycanı 8 Noyabr – Zəfər Günündə ürəkdən təbrik edirəm.

Qarabağın azadlığı uğrunda qəhrəmancasına mücadilə edən şəhidləri rəhmətlə, qaziləri şükranla ya edirəm.

Qarabağ Azərbaycandır!” – XİN rəhbərinin təbrikində deyilir.

Aynurə