51 yaşlı Əməkdar artist Azərbaycanı gözəllik yarışmasında təmsil edəcək
    • 9-11-2024, 14:33
    • 440

51 yaşlı Əməkdar artist Azərbaycanı gözəllik yarışmasında təmsil edəcək

Azərbaycanın Əməkdar artisti Naina İbrahimova "Beauty queen of the universe" adlı gözəllik yarışmasına qatılacaq.

News24.az xəbər verir ki, o, aralarında ABŞ, İspaniya, Fransa, Meksika kimi ölkələrin də olduğu yarışmada ölkəmizi təmsil edəcək. Bu barədə 51 yaşlı aktrisa sosial şəbəkə hesabında bildirib.

O yer alacağı yarışın videoçarxını izləyiciləri ilə bölüşüb. Naina İbrahimovanın qatılacağı yarışma Misirin paytaxtı Qahirədə keçiriləcək.

Xatırladaq ki, Naina İbrahimova 2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyoru fakültəsində ali təhsil alıb.

1995-ci ildən S.Vurğun adına Rus Dram teatrında aktrisa vəzifəsində işləyir. 2010-cu ildə "Əməkdar artisti" fəxri adına alıb.

"Bəyaz həyat", "Moskva-Bakı" qatarı", "Bir dəfə Qafqazda" kimi ekran işlərində rol alıb.

2013-cü ilin oktyabrında Fərid adlı fotomodellə ailə qurub. Onların 2015-ci ilin fevralın 23-də oğul övladı olub.\\BAKU.WS