Bərdədə I tondan çox çətənə kolu məhv edilib
    • 29-06-2019, 18:00
    • 2 764

Bərdədə I tondan çox çətənə kolu məhv edilib

“Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az -a verilən məlumata görə, iyun ayının 29-da rayonun Qaradağlı kəndi ərazsindəki bələdiyyəyə məxsus torpaq sahəsində yabanı halda bitmiş ümumi çəkisi 1201 kiloqram olan 2312 ədəd narkotik tərkibli çətənə kolları aşkar olunub. Aşkar olunmuş çətənə kolları polis əməkdaşları tərəfindən yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırma aparılır.