Oğuzda 3 tondan artıq narkotik bitki MƏHV EDİLDİ
    • 6-07-2019, 10:21
    • 877

Oğuzda 3 tondan artıq narkotik bitki MƏHV EDİLDİ

“Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Oğuz  Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, rayonun Bayan kəndi ərazisində əkin sahələrinin kənarında yabanı halda bitmiş 3 ton 144 kq narkotik tərkibli çətənə kolları  kökündən çıxarılıb, yandırılaraq  məhv edilib.

Faktla bağlı RPŞ-də  araşdırma aparılır.